Azərbaycan ərazisində yolların vəziyyəti necədir?

Azərbaycan ərazisində yolların vəziyyəti necədir? Kamran Əliyev: "Nəqliyyatın hərəkət intensivliyi azdır"
Hadisə
9 Yanvar , 2015 11:06
Azərbaycan ərazisində yolların vəziyyəti necədir?

Bakı. 9 yanvar. REPORT.AZ/ "Hazırda ölkədəki bütün yollar açıqdır".

Bunu "Report"a Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, hazırda Bakı-Şamaxı istiqamətində hərəkət var. "Muğanlı-İsmayıllı yolunda yol təmizdir. Amma hava küləkli olduğundan, külək qarı yolun hərəkət hissəsinə yığır. Ümumilikdə, nəqliyyatın hərəkəti üçün heç bir problem yoxdur. Hərəkət intensivliyi isə azdır".

K.Əliyev əlavə edib ki, Bakı-Quba yolunda Ceyranbatan qəsəbəsinədək yollara duz və qum səpilib. Burada da normal hərəkət var. Siyəzən, Dəvəçi və Quba ərazilərindən Qusara qədər yolun hərəkət hissəsində buzlaşma var. "Lakin burada da nəqliyyatın hərəkətində heç bir problem yoxdur", - o deyib.

Şöbə rəisi deyib ki, Ələt-Astara yolunda qar yoxdur, yollar təmizdir. Cəlilabad, Masallı, Lənkəran və Astara ərazilərində də yollar açıqdır.

Zaqatala, Balakən, Şəki ərazisində isə qar daha çox yağdığından, yolların təmizlənmə işləri indiyədək davam edir. 

Son xəbərlər

Orphus sistemi