Azərbaycan Əbu-Dabidə keçirilən beynəlxalq müdafiə sərgisində iştirak edir

Azərbaycan Əbu-Dabidə keçirilən beynəlxalq müdafiə sərgisində iştirak edir Azərbaycan Əbu-Dabidə keçirilən Beynəlxalq Müdafiə Sərgiasində iştirak edir
Hadisə
20 Fevral , 2023 13:12
Azərbaycan Əbu-Dabidə keçirilən beynəlxalq müdafiə sərgisində iştirak edir

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransında iştirak edir.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bidirilib ki, 20-24 fevral 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində iki ildən bir təşkil olunan “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı keçirilir.

Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini - prezident işləri üzrə nazir Şeyx Mansur bin Zayed Al Nahyanın açılışını etdiyi sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri cənab Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Dünyanın 65 ölkəsindən 1350-dən çox qabaqcıl şirkət və 350 nümayəndə heyətinin qatıldığı “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 145 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur.

Sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.

“İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı öz işini fevralın 24-dək davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi