​Azərbaycan dövlət sərhədini pozan şəxslərin vətəndaşı olduğu ölkələrin adları açıqlanıb – SİYAHI

​Azərbaycan dövlət sərhədini pozan şəxslərin vətəndaşı olduğu ölkələrin adları açıqlanıb – SİYAHI Axtarışda olan 226 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib
Hadisə
18 Noyabr , 2014 13:09
​Azərbaycan dövlət sərhədini pozan şəxslərin vətəndaşı olduğu ölkələrin adları açıqlanıb – SİYAHI

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2014-cü ilin oktyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 21 halda 23 nəfər saxlanılıb.

Bu barədə “Report”a DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Saxlanılan şəxslərin 10 nəfəri Azərbaycan Respublikası, 6 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Türkiyə , 1 nəfəri Gürcüstan, 1 nəfəri Tacikistan və 1 nəfəri Ukrayna vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 10 nəfər, Xəzər dənizində 19 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 226 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 13 kiloqram 297 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Ay ərzində 52 halda ümumi dəyəri təqribən 203 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd avtomat silah, 2 ədəd avtomat silahın darağı, 57 ədəd patron, 1 ədəd qumbara atan silah, 1 ədəd pnevmatik tapança, 7,775 qutu müxtəlif markalı siqaret, 163 ədəd müxtəlif ölçülü araq, 73 kiloqram nərə balığı, 5 kiloqram qara kürü, 17740 ədəd pirotexniki vasitələr, 3 ədəd qayıq, 400 metr balıq tutmaq üçün tor, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.

Son xəbərlər

Orphus sistemi