Yuxarı

Azərbaycan DİN ABŞ səfirliyinə məxsus avtomobilin qəzaya düşməsi ilə bağlı rəsmi məlumat yayıb

Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) ABŞ səfirliyinə məxsus avtomobilin qəzaya düşməsi ilə bağlı rəsmi məlumat yayıb. "Report" DİN-in rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 28-də saat 22 radələrində Nəsimi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini Hüseyn Qurbanlının idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan motosiklet müəyyən edilməyən motosikletlə toqquşub, sonradan H.Qurbanlının motosikleti həmin prospektdə dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb. H.Qurbanlının sərnişini Nərmin Abdullayeva hadisə yerində ölüb, özü və digər motosikletin sərnişini Nigar Əliyeva xəstəxanaya yerləşdiriliblər

Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, “Chevrolet” markalı avtomobil ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi