Prokuror “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş polkovnikinə cəza istəyib

Prokuror “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş polkovnikinə cəza istəyib Məhkəmənin növbəti iclası sentaybrın 15-nə təyin edilib
Hadisə
12 Sentyabr , 2017 12:19
Prokuror “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş polkovnikinə cəza istəyib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Ə.Məhərrəmovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası sentaybrın 15-nə təyin edilib.

Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub. O, 2015-ci ilin fevralında həbs edilib.

Araşdırma zamanı məlum olub ki, Ə.Məhərrəmov 90 nəfərdən çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəldəcəyi vədini verib. O, həmin şəxslərin pullarını alıb, sonradan verdiyi vədə əməl etməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi