"Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşını qatar vurub

"Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşını qatar vurub Yaralı qapalı kəllə-beyin travması alıb
Hadisə
5 Oktyabr , 2017 23:18
Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşını qatar vurub

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-də fəhlə işləyən kişini teplovoz vurub.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində 1954-cü il təvəllüdlü Quliyev İslam Məhəmməd oğlu dəmir yol relsləri üzərində təmir işləri aparan zaman baş verib.

Yaralı qapalı kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi araşdırır.

Son xəbərlər

Orphus sistemi