“Azərbaycan Dəmir Yolları” QSC karantin rejimini pozduğuna görə cərimələnib

“Azərbaycan Dəmir Yolları” QSC karantin rejimini pozduğuna görə cərimələnib İş hakim Babək Pənahovun icraatındadır
Hadisə
591
20 Aprel , 2021 16:14
“Azərbaycan Dəmir Yolları” QSC karantin rejimini pozduğuna görə cərimələnib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karantin rejimini pozduğuna görə cərimələnib.

“Report”un məlumatına görə, protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim Babək Pənahovun icraatındadır.

QSC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə tərtib olunub.

Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər

Orphus sistemi