“Azərbaycan Dəmir Yolları”nın vəzifəli əməkdaşına qarşı 90 min manatlıq dələduzluq edilib

“Azərbaycan Dəmir Yolları”nın vəzifəli əməkdaşına qarşı 90 min manatlıq dələduzluq edilib Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır
Hadisə
3 Noyabr , 2016 16:29
“Azərbaycan Dəmir Yolları”nın vəzifəli əməkdaşına qarşı 90 min manatlıq dələduzluq edilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakıda vəzifəli şəxsə qarşı külli məbləğdə dələduzluq edilib.

“Report”un xəbərinə görə, Hüsaməddin Məlikov adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2009-cu ilin aprel ayında Bakı şəhər sakinləri Yaşar və Əlisafa adlı şəxslər onu aldadaraq 90 000 manat alıblar. O, şikayət ərizəsində ötən 7 il müddətində pulunu ala bilmədiyini vurğulayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

H.Məlikov “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük və kommersiya şöbəsində yüksək vəzifə tutur.

QSC-nin mətbuat katibi Nadir Əzməmmədov “Report”a açıqlamasında H.Məlikovun bu qurumda işlədiyini təsdiqləyib. Lakin o, QSC-nin vəzifəli şəxsinə qarşı dələduzluq edilməsindən xəbərsiz olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi