"Azərbaycan Dəmir Yolları"nın işçisi özünü asaraq intihar edib

"Azərbaycan Dəmir Yolları"nın işçisi özünü asaraq intihar edib O, gecə saatlarında özünü dəmir yolu stansiyasının anbarında asıb
Hadisə
11 Noyabr , 2017 10:10
Azərbaycan Dəmir Yollarının işçisi özünü asaraq intihar edib

Bakı. 11 noyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin işçisi intihar edib. 

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib. 

"Azərbaycan Dəmir Yolları"nın Biləcəri Dəmir Yolu stansiyasında qatarların hərəkət tənzimləyicisi işləyən Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1970-ci il təvəllüdlü Sultanov İslam Ramazan oğlu intihar edib. O, gecə saatlarında özünü dəmir yolu stansiyasının anbarında asıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi