Avropa çempionatında 5 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıblar - FOTO - VİDEO

Avropa çempionatında 5 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıblar - FOTO - VİDEO Onları ACF rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və ailə üzvləri qarşılayıblar
Hadisə
25 Aprel , 2017 01:48
Avropa çempionatında 5 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıblar - FOTO - VİDEO

Bakı. 25 aprel. REPORT.AZ/ Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında böyük uğura imza atmış Azərbaycan cüdoçuları Vətənə qayıdıblar.

"Report" xəbər verir ki, mötəbər turnirdə 2 qızıl, 3 bürünc qazanan və medalların əyyarına görə kişilərin komanda hesabında ikinci olan millinin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatında Hidayət Heydərov (73 kq), Elxan Məmmədov (100 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi