“Azərbaycan Beynəlxalq Bankı” şirkəti məhkəməyə verib

“Azərbaycan Beynəlxalq Bankı” şirkəti məhkəməyə verib Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanıb
Hadisə
20 İyun , 2017 10:58
“Azərbaycan Beynəlxalq Bankı” şirkəti məhkəməyə verib

Bakı. 20 iyun. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC “ADO-G İnşaat, Təchizat və Quraşdırma” MMC-ni məhkəməyə verib.

“Report”un məlumatına görə,2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank kredit borcunun tutulması barədə tələb irəli sürüb.

MMC isə məhkəmədə qarşılıqlı iddia qaldıraraq kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi, ödənilmiş faizlərin əsas borca silinməsi, faizlərin ödənilməsinə möhlət verilməsi və əldən çıxmış faydanın ödənilməsini istəyiblər.

Məhkəmə ilkin iddianı qismən təmin edib, qarşılıqlı iddia isə rədd olunub. Qərardan narazı qalan “ADO-G İnşaat, Təchizat və Quraşdırma” MMC apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qətnaməni dəyişdirmədən saxlayıb.

Son xəbərlər

Orphus sistemi