“Azərbaycan Beynəlxalq Bankı”nın apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan edilib

“Azərbaycan Beynəlxalq Bankı”nın apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan edilib 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərardad ləğv olunub
Hadisə
17 Fevral , 2016 11:44
“Azərbaycan Beynəlxalq Bankı”nın apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan edilib

Bakı. 17 fevral. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “City Bus” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) və “Baghlan Group FZCO” şirkətinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərardad ləğv edilib, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb. 

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC “City Bus” MMC və “Baghlan Group FZCO” şirkətini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank kredit borcunun qaytarılması barədə tələb irəli sürüb. Məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərar çıxarıb.

Qərardan narazı qalan “Azərbaycan Beynəlxalq Bankı” ASC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Son xəbərlər

Orphus sistemi