"Azəralüminium" MMC cərimələnib
Hadisə
- 31 may, 2021
- 13:09
"Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.
“Report”un məlumatına görə, protokol Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə baxılması üçün göndərilib.
İş hakim Zaur Hüseynovun icraatındadır.
MMC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə tərtib olunub.
Bu inzibati xətaya görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, "Azəralüminium" MMC – Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı şirkəti, həmçinin Cənubi Qafqazda yeganə ilkin aluminium istehsalçısıdır.
Son xəbərlər
08:38
"Lima Metropolitana"ya Azərbaycana aid iki kitab hədiyyə edilib
Mədəniyyət siyasəti08:32
Rusiyanın Yaroslavl vilayətində dron hücumundan sonra NEZ-də yanğın baş verib
Region08:24
Fatih Birol: Busan şəhərində Hörmüz böhranına cavab strategiyaları müzakirə olunub
Energetika08:18
Bakının 17 istiqamətində tıxac yaranıb
İnfrastruktur08:02
İstanbulda iki avtomobil toqquşub, 9 nəfər xəsarət alıb
Region07:45
Foto
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB-3
Hadisə07:42
Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Energetika07:31
Tramp Rusiya-Ukrayna münaqişəsinin "tezliklə başa çatacağını" bəyan edib
Digər ölkələr07:07