AZAL-ın təyyarəsi İstanbuldan uçarkən quş ilə toqquşaraq geri qayıdıb

AZAL-ın təyyarəsi İstanbuldan uçarkən quş ilə toqquşaraq geri qayıdıb Bakı. 3 iyun. REPORT.AZ/ AZAL-ın sərnişin təyyarəsi Türkiyənin Atatürk Beynəlxalq Hava Limanından uçuş zamanı quş ilə toqquşduğundan, hava gəmisinin komandiri təyyarəni İstanbul hava limanına geri qaytarıb.
Hadisə
3 İyun , 2018 03:58
AZAL-ın təyyarəsi İstanbuldan uçarkən quş ilə toqquşaraq geri qayıdıb

Bakı. 3 iyun. REPORT.AZ/ AZAL-ın sərnişin təyyarəsi Türkiyənin Atatürk Beynəlxalq Hava Limanından uçuş zamanı quş ilə toqquşduğundan, hava gəmisinin komandiri təyyarəni İstanbul hava limanına geri qaytarıb.

“Report” xəbər verir ki, "J2-080" İstanbul (IST) - Bakı (GYD) reysinin sərnişinləri başqa bir təyyarə ilə Bakıya göndəriləcək.

Aviaşirkətin qaydalarına əsasən, ehtiyac yarandığı təqdirdə yubanan reysin sərnişinləri bütün lazımi hər şeylə təmin olunacaq.

Şirkət yaranan narahatlığa görə səyahət edən sərnişinlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi