AZAL-ın təyyarəsi havada quşla toqquşub

AZAL-ın təyyarəsi havada quşla toqquşub Bu gün səhər saatlarında Naxçıvan-Bakı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Airbus A320” markalı sərnişin təyyarəsi havada quşla toqquşub.
Hadisə
17 İyul , 2019 11:45
AZAL-ın təyyarəsi havada quşla toqquşub

Bu gün səhər saatlarında Naxçıvan-Bakı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Airbus A320” markalı sərnişin təyyarəsi havada quşla toqquşub.

Bu barədə “Report”a AZAL-dan bildirilib.

Məlumatda deyilir ki, hadisə təyyarənin texniki vəziyyətinə təsir etmədiyi üçün pilot uçuşu davam etdirməyə qərar verib və aviareys ştat rejimində həyata keçirilib.

Təyyarə Bakıda uğurlu eniş edib, sərnişinlər arasında xəsarət alan olmayıb. 

Son xəbərlər

Orphus sistemi