AZAL-ın təyyarəsi güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb

AZAL-ın təyyarəsi güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.
Hadisə
30 Noyabr , 2021 21:57
AZAL-ın təyyarəsi güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb
0 : 00
0 : 00

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

Bu barədə "Report" AZAL-dan bildirilib.

Təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.

Son xəbərlər

Orphus sistemi