Azərbaycanda 9 il müddətinə azadlıqdan məhrum edilmiş qadın bəraət alıb

Azərbaycanda 9 il müddətinə azadlıqdan məhrum edilmiş qadın bəraət alıb O, dələduzluq etməkdə təqsirli bilinib
Hadisə
20 Dekabr , 2014 11:44
Azərbaycanda 9 il müddətinə azadlıqdan məhrum edilmiş qadın bəraət alıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycanda dələduzluq etməkdə təqsirli bilinən qadın bəraət alıb. "Report"un məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə ), 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən Tanrıverdiyeva Qədəm Möhbəli qızına Sumqayıt Apelyasiya Məhkəməsi bəraət hökmü çıxarıb. 

Bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi Q.Tanrıverdiyevanı 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdi.

Son xəbərlər

Orphus sistemi