Azad olunan ərazilərdə işləyən şəxsdən narkotik götürülüb
Hadisə
- 09 dekabr, 2021
- 11:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində üzərində narkotik vasitə olan şəxs aşkar edilərək məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan məlumat əsasında Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayon sakini Namiq Novruzov saxlanılıb.
İşğaldan azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı olan N.Novruzovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.
Son xəbərlər
23:23
"Reuters": İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib
Digər ölkələr
22:58
Niderland hərbi xidmətə çağırışı mərhələli şəkildə bərpa edəcək
Digər ölkələr
22:57
Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib
Fərdi
22:43
İtaliyada 6,3 min məktəb partlayış təhdidi ilə bağlı elektron məktublar alıb - Yenilənib
Digər ölkələr
22:26
Zelenski İrlandiyada ABŞ nümayəndə heyəti ilə görüş keçirəcəyini açıqlayıb
Digər ölkələr
22:12
Ermənistan Prezidenti TRIPP layihəsi üzrə qanunu imzalayıb
Region
22:10
Kobaxidze: Cənubi Qafqaz Avropa və Asiyanın nəqliyyat bağlantısı üçün strateji rol oynayır
Region
22:06
FIBA Avropa Kuboku: "Neftçi" Yunanıstan klubuna qalib gəlib
Komanda
22:02
Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı həbs edilib
Digər ölkələr