Azad edilən ərazilərdə daha 349 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 349 mina aşkarlanıb Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 349 mina aşkarlayıb.
Hadisə
14 Noyabr , 2022 15:29
Azad edilən ərazilərdə daha 349 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 349 mina aşkarlayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, noyabrın 7-dən 12-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 170, tank əleyhinə 179 mina və 357 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 485 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi