Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda dövlət ittihamçısı hakimdən QHT rəhbərinin şərti azadlığa buraxılmasını istəyib

    “Demokratiyaya yardım” İctimai birliyinin sədri, hüquq-müdafiəçisi Emil Məmmədovun məhkəmə prosesi keçirilib

    Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində “Demokratiyaya yardım” İctimai Birliyinin sədri, hüquq-müdafiəçisi Emil Məmmədovun məhkəmə prosesi keçirilib. “Report”un məlumatına görə, dövlət ittihamçısı E.Məmmədov barəsində 2 il sınaq müddətinin tətbiq edilməsini, məhkəmə zalından azad olunmasını və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsini təklif edib. Hökm sabah oxunacaq.

    Qeyd edək ki, E.Məmmədov mayın 13-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmək) maddəsi ilə ittiham irəli sürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi