​Aytac Babayevanı öldürən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

​Aytac Babayevanı öldürən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb Məhkəmənin növbəti prosesi yanvarın 12-nə təyin edilib
Hadisə
29 Dekabr , 2015 13:14
​Aytac Babayevanı öldürən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi 2016-cı il yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, bu il aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. İ.Hüseynov 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Noyabr ayının 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə İ.Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib. A.Babayevanın anası isə ona ömürlük həbs cəzası verilməsini istəyib. Qərardan narazı qalan İ.Hüseynovun müdafiəçisi Adəm Məmmədov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi