Aynur Sabitova: "Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında sıx əməkdaşlıq həyata keçirilir""
- 24 oktyabr, 2022
- 07:05
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında sıx əməkdaşlıq həyata keçirilir".
"Report"un xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, vəkillər üçün Ədliyyə Akademiyasında təlimlər, ixtisasartırma kursları təşkil olunur, təlimçi vəkillər hazırlanır: "Mən xüsusilə vəkillərimizin nazirliyin penitensiar müəssisələrində həyata keçirdiyi ödənişsiz hüquqi yardım aksiyalarını qeyd etmək istəyirəm. Əldə olunmuş razılığa əsasən, müxtəlif vəkil büroları bu işə vaxt ayıraraq könüllü belə xidmətlər göstərirlər. Mütəmadi xarakter daşıyan bu aksiyalardan məhkumlar çox geniş bəhrələnirlər. Bu işdə Anar müəllimin dəstəyi böyükdür".