“Sədərək” Ticarət Mərkəzində axunda etiraz edən şəxs həbs olunub
Hadisə
- 15 noyabr, 2021
- 06:47
“Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edən Aydın Nağıyev həbs edilib.
“Report”un xəbərinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaqda) ittiham irəli sürülüb.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə A.Nağıyev 15 sutka inzibati qaydada həbs olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, A.Nağıyev noyabrın 12-də “Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edib. O bildirib ki, ticarət mərkəzinin mühafizəçiləri tərəfindən döyülüb.
A.Nağıyev hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.
Son xəbərlər
09:14
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.09.2026)
Maliyyə09:08
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Xarici siyasət09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.09.2026)
Maliyyə09:04
Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir
Futbol08:57
Cənubi Koreya Hörmüz boğazına gəmi və "P-8A" təyyarəsi göndərməyə hazırlaşır
Digər ölkələr08:35
Trampı təhdid edən Los-Anceles sakini saxlanılıb
Digər ölkələr08:18
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:04
Pentaqon COVID-19 vaksinasiyasının hərbçilərin ölümləri ilə mümkün əlaqəsini araşdırır
Digər ölkələr07:48