Yuxarı

Axtarışda olan 5 nəfər saxlanıldı

Axtarışda olan 5 nəfər saxlanıldı

508

Paytaxtın polis orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 17 cinayətin üstü açılıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. 

Qəsdən sağlamlığa ağır zərər vurma və quldurluq üzrə hərəyə 1, narkotiklərin qanunsuz dövriyyəsinə görə 4, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 4 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 5 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi