Axtarışa verilən azərbaycanlı Türkiyədə həbs edilib - FOTO

Axtarışa verilən azərbaycanlı Türkiyədə həbs edilib - FOTO Zalov Rövşən Azad oğlu barəsində beynəlxalq axtarış elan olunub
Hadisə
272
11 Mart , 2021 12:04
Axtarışa verilən azərbaycanlı Türkiyədə həbs edilib - FOTO

Axtarışa verilən azərbaycanlı Türkiyədə həbs edilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, “Ekstradisiya haqqında” 1957-ci il tarixli Avropa Konvensiyasının və əlavə protokollarının tələblərinə əsasən Türkiyənin Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilib.

Belə ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Zalov Rövşən Azad oğlunun – 2017-ci il ərzində Bakı şəhərində özünü turizm şirkətinin rəhbəri kimi təqdim edərək Almaniya Federativ Respublikasında yaşayıb işləmək üçün viza açdırmağı və göndərəcəyini vəd edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını (pul vəsaitlərini) ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dəladuzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zalov Rövşən Azad oğlu barəsində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Türkiyə Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Zalov Rövşən Azad oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Zalov Rövşən
Zalov Rövşən

Son xəbərlər

Orphus sistemi