AXCP üzvünün məhkəməsi davam etdirilib

AXCP üzvünün məhkəməsi davam etdirilib Daha sonra zərərçəkmiş şəxs qismində Məhəmməd Quliyev ifadə verib
Hadisə
2 May , 2017 15:03
AXCP üzvünün məhkəməsi davam etdirilib

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra ittihama münasibət bildirən F.Əhmədli özünü təqsirli bilmədiyini deyib.

İclasda təqsirləndirilən şəxsin vəkili Əsabəli Mustafayev vəsatətlə çıxış edib. O, məhkəmə proseslərinin audi-video çıkilişlə aparılmasını istəyib. Ə.Mustafayev qeyd edib ki, "Azərfon" MMC-nin icraçı direktoru Ken Makleni 2016-cı il avqustun 15-də Dövlərət Təhlükəsizlik Xidmətinə məktubla müraciət edib: "Ken Maklenin məhkəməyə əlavə şahid qismində çağırılsın".

Məhkəmə prosesin çəkilişlə aparılması barədə vəsatəti təmin etməyib, mötəbər olmayan sənədlərin sübutlar siyahısından çıxarılması, əlavə şahidlərin çağırılması barədə vəsatəti isə baxılmamış saxlayıb.

Daha sonra zərərçəkmiş şəxs qismində Məhəmməd Quliyev ifadə verib. O, təqsirləndirilən F.Əhmədlini tanımadığını söyləyib: "Onun əmisi oğlu Əliağanı tanıyıram. Əlağanın dostu Elşənin restoranında aşbaz işləmişəm".

Zərərçəkmiş ifadəsində həmçinin təqsirləndirilən şəxsdən heç bir şikayəti olmadığını söyləyib.

Məhkəmənin növbəti iclası mayın 11-nə təyin edilib.

Qeyd edək ki, F.Əhmədli 2016-cı il avqust ayının 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun açıqlamasına əsasən, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin qeyd edilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-lər tapılıb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi