Yuxarı

AXCP sədrinin müavininin apellyasiya şikayəti təmin edilməyib

Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanıb

Bakı. 10 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a vəkil Fəxrəddin Mehdiyev bildirib.

Vəkilin sözlərinə görə, mayın 10-da hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə F.Qəhrəmanlının apellyasiya şikayəti təmin edilməyib. Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanıb.

Xatırladaq ki, mayın 4-də Nəsimi Rayon Məhkəməsində F.Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi