AXCP-nin sədr müavini həbs olunub - YENİLƏNİB

AXCP-nin sədr müavini həbs olunub - YENİLƏNİB Fuad Qəhrəmanlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib
Hadisə
8 Dekabr , 2015 23:47
AXCP-nin sədr müavini həbs olunub - YENİLƏNİB

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

"Report"un məlumatına görə, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.1 (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

İlk xəbər 20:20-də dərc olunub

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə AXCP sədri Əli Kərimli "Facebook" səhifəsində yazıb.

"Bu gün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı evində həbs edilərək Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə aparılıb. Fuad bəyin hansı cinayət işi üzrə prokurorluğa aparıldığı məlum deyil. Telefonla yalnız onu deyə bildi ki, ona qarşı cinayət işi qaldırılıb", - Ə.Kərimli qeyd edib.

Son xəbərlər

Orphus sistemi