Yuxarı
    Bağlamaq

    AXCP-nin sədr müavini barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib

    Bakı. 26 may. REPORT.AZ/ Bu gün Səbail Rayon Məhkəməsində AXCP-nin sədr müavini Gözəl Bayramova barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə ba...

    Bakı. 26 may. REPORT.AZ/ Bu gün Səbail Rayon Məhkəməsində AXCP-nin sədr müavini Gözəl Bayramova barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

    "Report"un məlumatına görə, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.

    Qərara əsasən, G.Bayramova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    25 may 2017-ci il tarixində saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan ölkə ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat nəticəsində saxlanılıb.

    G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

    Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

    İlkin araşdırmalarla G.Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi