AXCP funksionerləri ev dustaqlığına buraxılıb

AXCP funksionerləri ev dustaqlığına buraxılıb Səbail Rayon Məhkəməsində iyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarıyla keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirlən şəxslərin bəziləri barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilib.
Hadisə
16 Noyabr , 2020 16:55
AXCP funksionerləri ev dustaqlığına buraxılıb

Səbail Rayon Məhkəməsində iyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilən şəxslərin bəziləri barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluğun vəsatətinə baxılıb.

“Report” xəbər verir ki, proses hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilib.

Qərara əsasən, təqsirləndirilən şəxslərdən 36 nəfərindən 21 nəfər barədə həbs olmayan qətimkan tədbiri seçilib və onlar prokurorluğun vəsatəti əsasında ev dustaqlığına buraxılıblar.

Azadlığa buraxılanlar sırasında AXCP funksionerləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Ayaz Məhərrəmov, Bəxtiyar Imanov, Baba Süleymanov, Ceyhun Novruzov, İsmayıl Həsənov, Müşviq Quliyev, Telman Seyfullayev, Məhəbbət Nağıyev, Seymur Əhmədov, Müsəlman Birliyi Hərəkatının üzvləri Kamil Mahmudov, Tural Vəliyev də var.

Bundan başqa, Şəmsi Rəhimli, Elçin Mehdiyev, Fariz Məmmədov, Emin Hüseynzadə, Ariz Səfərli, Ceyhun Məmmədov və Vüsal Quliyev barəsində də həbs qətimkan tədbiri dəyişdirilib.

AXCP üzvləri Ramid Nağıyev, Gündüz Mirzəyev , Elnur Cabbarov, ADR üzvü Pərvin Çobanovun və Naxçıvan DİN-in sabiq nazir müavini Siyavuş Mustafayevin adları ev dustaqlığına buraxılanlar arasında yoxdur.

Təqsirləndirlən şəxslərə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə dinc və vətənpərvər ruhda keçən yürüşün sonunda ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilməsi, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olunması, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq edilməsi ilə bağlı ittiham verilib. Cinayət işi Səbail Rayon Məhkəməsində hakim Ağamalı Qafarovun icraatındadır.

Son xəbərlər

Orphus sistemi