DİN: "AXCP fəalı Ramid Nağıyev aksiyaya görə saxlanılmayıb"

DİN: "AXCP fəalı Ramid Nağıyev aksiyaya görə saxlanılmayıb" AXCP fəalı Ramid Nağıyevin oktyabrın 24-də aksiyada iştirak etdiyinə görə həbs edilməsi iddiaları əsassızdır.
Hadisə
26 oktyabr 2022 06:23
DİN: AXCP fəalı Ramid Nağıyev aksiyaya görə saxlanılmayıb

AXCP fəalı Ramid Nağıyevin oktyabrın 24-də aksiyada iştirak etdiyinə görə həbs edilməsi iddiaları əsassızdır.

"Report" xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib.

O deyib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib: "Onun saxlanılmasında siyasi motiv yoxdur".

Son xəbərlər

Orphus sistemi