“AXA MBASK”a cərimə yazılıb

“AXA MBASK”a cərimə yazılıb ​​​​​​​“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol yazılıb.
Hadisə
16 Sentyabr , 2020 11:03
“AXA MBASK”a cərimə yazılıb

“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol yazılıb.

“Report”un xəbərinə görə, protokola Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Protokol İnzinati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən tərtib edilib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 400 manat cərimə edilir.

Qeyd edək ki, MBASK Sığorta Şirkəti 1992-ci ildən fəaliyyət göstərir. 2010-cu ildə “AXA Group” özünün törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkəti vasitəsilə “MBASK” Sığorta  Şirkətinin səhmlərinin əhəmiyyətli nəzarət zərfini (51 %) əldə edib.

Son xəbərlər

Orphus sistemi