Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs olunub

Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs olunub Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib.
Hadisə
19 Oktyabr , 2024 09:03
Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs olunub

Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Hacımurad Yusifova Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.

Avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib. Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə H.Yusifov 15 gün müddətində inzibati qaydada həbs edilib.

Son xəbərlər

Orphus sistemi