Yuxarı

Azərbaycanda avtomobil yük maşınına və sərnişin avtobusuna çırpılıb: 3 yaralı - VİDEO

Yaralıların vəziyyəti orta-ağırdır

Bakı. 21 avqust. REPORT.AZ/ Bakı-Qazax magistral yolunda qəza baş verib. "Report" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 263-cü kilometrliyində, Ağdaş rayonunun Yenicə kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Rafiq Tofiq oğlu Cavadov "KİA" markalı minik maşını ilə paytaxt istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn 1978-ci il təvəllüdlü İbrahim Niyazi oğlu Eminovun idarə etdiyi "QAZ 53" markalı yük maşınına çırpılıb.

Sonra "KİA" yoldan çıxaraq Gəncə istiqamətində hərəkət edən 1964-cü il təvəllüdlü Elman Eldar oğlu Ələsgərovun idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusunun yoluna çıxıb və ona çırpılıb.

Qəza nəticəsində "KİA"nın sürücüsü və sərnişini, 1974-cü il təvəllüdlü, Bakı şəhər sakini Azad Əliyusif oğlu Quliyev, həmçinin avtobusda olan sərnişin, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Nizami oğlu Əsədov xəsarət alıb. Onlar dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralıların vəziyyəti orta-ağır olaraq qalmaqdadır.

Qəzanın səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi