“Avtomobil Yollarının İstismarı” MMC-yə məxsus avtomobil qəzaya düşüb, 4 nəfər yaralanıb

“Avtomobil Yollarının İstismarı” MMC-yə məxsus avtomobil qəzaya düşüb, 4 nəfər yaralanıb Yaralılardan ikisi azyaşlıdır
Hadisə
8 Fevral , 2017 17:21
“Avtomobil Yollarının İstismarı” MMC-yə məxsus avtomobil qəzaya düşüb, 4 nəfər yaralanıb

Yaralılardan ikisi azyaşlıdır

Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Toğrul Əmirovun idarə etdiyi “Mercedes” markalı və 1967-ci il təvəllüdlü Ərəstun Babayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Afiyyədin İsmayılov, sürücü T.Əmirov və sərnişinləri – övladları 2008-ci il təvəllüdlü Fidan, 2011-ci il təvəllüdlü Lalə xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, Ə.Babayevin idarə etdiyi “Ford” markalı avtomobil “Azəravtoyol” ASC-nin tabeçiliyində fəaliyyət göstərən “Avtomobil Yollarının İstismarı” MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi