Avtomobil yoldan çıxaraq maneəyə çırpılıb: 1 ölü, 1 yaralı

Avtomobil yoldan çıxaraq maneəyə çırpılıb: 1 ölü, 1 yaralı Faktla bağlı araşdırma aparılır
Hadisə
30 İyul , 2015 12:22
Avtomobil yoldan çıxaraq maneəyə çırpılıb: 1 ölü, 1 yaralı

Bakı. 30 iyul. REPORT.AZ/ Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, Qabil Əhmədov adlı sürücü yüksək sürətlə idarə etdiyi "Opel" markalı avtomobillə qəza törədib.

Belə ki, idarəetməni itirən sürücünün avtomobili yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə sürücü Q.Əhmədov və sərnişini ağır bədən xəsarətləri alıb.

Yaralılar Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi