Avtomobilin vurduğu piyadalar öldü

Avtomobilin vurduğu piyadalar öldü Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Avqust , 2020 13:21
Avtomobilin vurduğu piyadalar öldü

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə avqustun 11-də saat 22 radələrində Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. 

Qəsəbə sakini E.Rəhimov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. 
Həmin şəxs hadisə yerində ölüb. 

Ölümlə nəticələnən digər yol-nəqliyyat hadisəsi Xırdalan şəhəri ərazisində baş verib. 

Şəhər sakini M.Kazımov idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Eldəniz Rüstəmovu vurub. 

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. 

Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır. 
 

Son xəbərlər

Orphus sistemi