Azərbaycanda avtomobil üç qadın piyadanı vurub

Azərbaycanda avtomobil üç qadın piyadanı vurub Hər üç hadisə ilə bağlı araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir
Hadisə
11 Dekabr , 2014 13:04
Azərbaycanda avtomobil üç qadın piyadanı vurub
Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanda avtomobil üç qadın piyadanı vurub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xaçmaz rayonunun Çarxı kəndində kənd sakini Faiq Mustafayev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən rayon sakini Savat İbrahimovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Bakının Nərimanov rayonunun Ə.Əliyev küçəsində isə müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mərziyyə Zeynalova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Gəncə şəhərində də müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini İradə Hüseynova vurulub.

Hər üç hadisə ilə bağlı araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi