Avtomobil oğruları tutulub

Avtomobil oğruları tutulub Onlar bir neçə avtomobili oğurlayıblar
Hadisə
11 Yanvar , 2016 14:00
Avtomobil oğruları tutulub

Bakı. 11 yanvar. REPORT.AZ/ Göyçay rayonunda bir neçə avtomobil oğrulayan şəxslər tutulub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Nazirliyin informasiyasına görə, yanvarın 9-da Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb, sürücüsü rayon sakini Xəyal Ömərov şübhə doğurduğundan RPŞ-yə gətirilib.

Araşdırma zamanı qeyd edilən avtomobilin ötən il dekabrın 23-də Şamaxı rayonu ərazisindən qaçırılan Murad Allahverdiyevə məxsus “Mercedes” markalı avtomobil olması müəyyən edilib və aidiyyəti üzrə Şamaxı RPŞ-yə təhvil verilib.

X.Ömərovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Mehralı Mehralıyev və rayon sakini Elgün Kərimovla birgə ötən ilin noyabr-dekabr ayları ərazində Miryaqub Əmirova məxsus “Mercedes”, Zabit Mirqədirova və Əlibrahim Pənahova məxsus “VAZ” markalı avtomobilləri qaçırması da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə M.Mehralıyev və E.Kərimov da tutulub.

Son xəbərlər

Orphus sistemi