Avropadan daha 12 azərbaycanlı deportasiya olunub

Avropadan daha 12 azərbaycanlı deportasiya olunub Almaniya, Avstriya və Niderlandda qanunsuz yaşayan 12 azərbaycanlı deportasiya olunub.
Hadisə
3 Fevral , 2021 11:39
Avropadan daha 12 azərbaycanlı deportasiya olunub

Almaniya, Avstriya və Niderlandda qanunsuz yaşayan 12 azərbaycanlı deportasiya olunub.

"Report"un Avropa bürosunun məlumatına görə, onlardan 3-ü Almaniyadan, 6-sı Avstriyadan, 3-ü isə Niderlanddan deport olunub. Avropa ölkələrindən çıxarılanlardan 1-i Rusiya, qalanları isə Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, son dövrlər bir sıra sığınacaq almaq istəyən azərbaycanlıların bu statusu ala bilməmələrinə səbəb Avropa miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyi Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxır.

Eyni zamanda, bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən “Mühacir alveri”i işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi