"Avromed"in istehlaka yararsız məhsulları məhv edilib

"Avromed"in istehlaka yararsız məhsulları məhv edilib “Avromed Company” QSC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, L-Eksir əmtəə nişanlı, ümumi sayı 277 ədəd bioloji aktiv qida maddəsi “HV Ekoservis” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv e
Hadisə
598
27 Aprel , 2022 12:49
Avromedin istehlaka yararsız məhsulları məhv edilib

“Avromed Company” QSC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, L-Eksir əmtəə nişanlı, ümumi sayı 277 ədəd bioloji aktiv qida maddəsi “HV Ekoservis” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Son xəbərlər

Orphus sistemi