Bakı. 27 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "Bakı Mexanikləşdirmə-1" ASC-nin "Avesta Konsern" MMC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
"Report"un məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, "Avesta Konsern" MMC-nin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, "Bakı Mexanikləşdirmə-1" ASC "Avesta Konsern" MMC-ni məhkəməyə verib. ASC xidmətin və icarə haqqının ödənilməsi barədə tələb irəli sürüb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan "Avesta Konsern" MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Tərkibinə bir neçə şirkət daxil olan “Avesta Konsern” çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olur.