Neftçalada “Audi” traktoru keçmək istəyərkən qəzaya düşüb

Neftçalada “Audi” traktoru keçmək istəyərkən qəzaya düşüb Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Yanvar , 2020 12:37
Neftçalada “Audi” traktoru keçmək istəyərkən qəzaya düşüb
Report

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonunun Qaravəlli yaşayış massivinin ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-LM-820 dövlət nömrə nişanlı “Audi” markalı avtomobil qarşıda gedən traktoru keçmək istəyərkən əks istiqamətdən gələn 99-MS-267 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobillə toqquşub. Zərbənin nəticəsində “Mersedes” markalı avtomobil yolun kənarına düşüb. Hadisə zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi