"Atlas" klinikasının qarşısında keçmiş arvadını öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

"Atlas" klinikasının qarşısında keçmiş arvadını öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib
Hadisə
29 Noyabr , 2018 09:42
Atlas klinikasının qarşısında keçmiş arvadını öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Rəşad İbrahimzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il mayın 1-də Nərimanov rayonu ərazisində, "Şərq bazarı"nın yanındakı "Atlas" klinikasının qarşısında baş verib.

Gəncə şəhər sakini R.İbrahimzadə qısqanclıq zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan tanışı, Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib. Nəticədə Z.İbrahimova hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Daha sonra hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı R.İbrahimzadə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi