Təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri Ağdam Rayon İcra Hakimiyyətində olublar - FOTO

Təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri Ağdam Rayon İcra Hakimiyyətində olublar - FOTO Ağdam. 27 fevral. REPORT.AZ/ Bu gün Ağdam rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək ATƏT nümayəndələri Ağdam Rayon İcra Hakimiyyətində (RİH) olublar.
Hadisə
27 Fevral , 2019 10:39
Təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri Ağdam Rayon İcra Hakimiyyətində olublar - FOTO
Report

Ağdam. 27 fevral. REPORT.AZ/ Bu gün Ağdam rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək ATƏT nümayəndələri Ağdam Rayon İcra Hakimiyyətində (RİH) olublar.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martın Şuster Tərtər RİH başçısı Vaqif Həsənovla görüşüblər.

Görüş zamanı V.Həsənov ATƏT nümayəndələrinə bildirib ki, erməni hərbçiləri Azərbaycan ordusunun mövqeləri ilə bərabər yaşayış məntəqələrini də atəşə tutur. Nəticədə mülki əhali təsərrüfat işləri ilə məşğul olmaqda çətinlik çəkir.

Daha sonra ATƏT nümayəndələri təmas xəttinə yollanıblar.

Qeyd edək ki, Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi