Atçılıq idman kompleksində oğurluq olub

Atçılıq idman kompleksində oğurluq olub Oğurluğu törətməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə
2 Mart , 2016 11:22
Atçılıq idman kompleksində oğurluq olub

Bakı. 2 mart. REPORT.AZ/ Bakı şəhəri, Binə qəsəbəsində yerləşən Atçılıq idman kompleksində oğurluq olub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, idman kompleksində Bakı şəhər sakini Emin Məmmədovun 802 manatını, 46050 rubulunu və evinin açarlarını masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həmid Mirzəyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi