Ata iki oğlu ilə birlikdə dəmir yolu stansiyalarından oğurluq edib

Ata iki oğlu ilə birlikdə dəmir yolu stansiyalarından oğurluq edib Yevlax. 12 may. REPORT.AZ/ Ucar sakini Etibar Buludxan oğlu Hüseynov və onun iki oğlu - Məmmədov Nicad və Məmmədov Ehtiram bu il mayın 1-dən başlıyaraq müxtəlif vaxtlarda Yevlax- Ucar dəmir yolu xətti istiqamətində yerləşən bir neçə stansiyada quraşdırlan işıqforların drosser transformatorlarının mis hissələrini kəsib götürüb.
Hadisə
12 May , 2018 14:00
Ata iki oğlu ilə birlikdə dəmir yolu stansiyalarından oğurluq edib

Yevlax. 12 may. REPORT.AZ/ Ucar sakini Etibar Buludxan oğlu Hüseynov və onun iki oğlu - Məmmədov Nicad və Məmmədov Ehtiram bu il mayın 1-dən başlıyaraq müxtəlif vaxtlarda Yevlax- Ucar dəmir yolu xətti istiqamətində yerləşən bir neçə stansiyada quraşdırlan işıqforların drosser transformatorlarının mis hissələrini kəsib götürüb.

“Report”un Qərb bürosunun məlumatına görə, onların əməlləri nəticəsində dəmiryol infrastrukturuna ümumilikdə 26 min manatdan çox ziyan dəyib. Oğurladıqları materialları isə özlərinə məxsus avtomobillə Ucar rayonunda satıblar. 

DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslərdən biri - E.Hüseynov qarət zamanı saxlanılıb. Onun oğlanları isə hadisə yerindən qaçıblar.

Saxlanılan 48 yaşlı Etibar Hüseynov əməlini etiraf edərək kəsdikləri mis naqillərin bir qismini satdığını bildirib. O, qənimətləri müəyyən etmək üçün maqnitdən istifadə etdiyini və sonra kəsdiyini deyib. Saxlanılan şəxs yüksək gərginlik altında özünü və qatrada hərəkət edən insanları təhlükəyə ataraq törədiyi əməldən peşmançılıq hissi keçirdiyini deyib.

Faktla bağlı araşdırma başlanılıb və oğurluğu törədən daha iki nəfərin saxlanılması istiqamətində işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi