Astarada yük və minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb

Astarada yük və minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb Astarada yük və minik avtomobilləri toqquşub, üç nəfər xəsarət alıb.
Hadisə
6 Oktyabr , 2019 22:06
Astarada yük və minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb
Foto: "Report"

Astarada yük və minik avtomobilləri toqquşub, üç nəfər xəsarət alıb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə Ələt-Astara magistralının Astara rayonu, Təngərüd kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Təngərüd kənd sakini Əhməd Sabutay oğlu Əsgərovun idarə etdiyi "90-MR-526" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili həmkəndlisi, 1965-ci il təvəllüdlü Arzu Əlislam oğlu Əsgərovun idarə etdiyi "99-GE-476" dövlət qeydiyyat nişanlı "Ford" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. "Mercedes"in sürücüsü Ə.Əsgərov və sərnişini, 1993-cü il təvəllüdlü Ramiz Pərviz oğlu Əsgərov Reanimasiya şöbəsinə yerləşdirilib. R.Əsgərovun vəziyyəti daha ağır olduğundan Bakıdan həkim briqadası çağırılıb. Digər yaralı, yük avtomobilində olan sərnişin, 1972-ci il təvəllüdlü Kəmalə Şair qızı Allahverdiyeva isə Travmatologiya şöbəsinə yerləşdirilib.

Qəzaya səbəb "Mercedes"in qarşısına iribuynuzlu heyvanın çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi