Astarada yük maşını idarəetmədən çıxaraq su kanalına düşüb - FOTO

Astarada yük maşını idarəetmədən çıxaraq su kanalına düşüb - FOTO Qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib
Hadisə
15 Noyabr , 2017 14:28
Astarada yük maşını idarəetmədən çıxaraq su kanalına düşüb - FOTO
Report

Astara. 15 noyabr. REPORT.AZ/ Astara rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" Cənub bürosunun məlumatına görə, hadisə rayonun Ərçivan kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Türkiyə vətəndaşının idarə etdiyi ağırtonajlı yük maşını idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Məlumata görə, qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi