Astarada maşın yoldan çıxaraq aşıb, 3 nəfər yaralanıb - FOTO

Astarada maşın yoldan çıxaraq aşıb, 3 nəfər yaralanıb - FOTO Qəza Astara-Hamuşam yolunda baş verib
Hadisə
13 İyul , 2017 22:57
Astarada maşın yoldan çıxaraq aşıb, 3 nəfər yaralanıb - FOTO

Astara. 13 iyul. REPORT.AZ/ Astara-Hamuşam yolunda "Niva" markalı maşın idarəetməni itirərək aşıb.

"Report"un Cənub bürosu xəbər verir ki, nəticədə sürücü, 1976-cı il təvəllüdlü Motlayataq kənd sakini Məlikov Aqil Gülhəsən oğlu, Astaranın Siyəkür kən sakinləri olan sərnişinlər - 2001-ci il təvəllüdlü Nurəlizadə Yusif Rahim oğlu və 2000-ci il təvəllüdlü Nurəlizadə Murad İlham oğlu xəsarət alıb.

Yaralılar Lənkıran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.

Son xəbərlər

Orphus sistemi